“Avropa buna gündəlik hadisə kimi baxır” - - Novruz Məmmədov

avropa-buna-gundelik-hadise-kimi-baxir-
Oxunma sayı: 877


“Qafqazinfo” xəbər verir ki, Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Avropanı Liviya sularında ölən minlərlə afrikalının taleyinə biganə yanaşmaqda ittiham edib:

“İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə Afrikalının taleyinə gündəlik hadisə kimi baxır.

Aralıq dənizi artıq böyük bir qəbiristanlığa çevrilib. Bu dənizə “Arada ölənlər” dənizi adı vermək daha məntiqli olar.

Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və Asiyalılara qapıları açmışdılar. Bu da geosiyasi məhəbbətin göstəricisi idi”

Qeyd edək ki, son günlərdə Liviya sularında batan miqrant qayıqlarında yüzlərlə afrikalı həlak olub. Son olaraq 700-dək migrantın olduğu və yalnız 28 nəfərin xilas olunduğu qayığın batması isə dünyada ciddi rezonans doğurdu. 

Cənubi Avropanın bəzi ölkələri isə Avropaya etimadın ötən il dənizdə axtarış və xilasetmə işlərinin miqyasını azaltmaq qərarı qəbul olunandan sonra sual altına düşdüyünü hesab edirlər.

BMT Afrika-İtaliya dəniz marşrutunu insan həyatı üçün ən təhlükəli marşrut adlandırıb.

Hələ ötən il dəniz vasitəsilə Afrika ölkələrindən Avropa axın edən miqrantların sayı 6 milyonu aşıb ki, onlardan 2 mini dənizdə batıb.