Bolqarıstanın Ruse şəhərində 29-3 mart tarixində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparacaq.
İlk olaraq yunan-Roma güləşçiləri mübarizə yə qoşulacaq. Yığma komandanın məşqçiləri Akif Əliyev, Eyyub Azmude və Fuad Alıyevin rəhbərliyi altında Bolqarıstana Murad Məmmədov (59 kq), Elman Muxtarov (66 kq), Ruhin Mikayılov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) yollanıb.
Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.
Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çempionata Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Səid Həmidov (125 kq) yollanacaq.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.
Son xəbərlər
Son Xəbərlər