Avropa çempionatına hazırlaşan millimiz darmadağın oldu

avropa-cempionatina-hazirlasan-millimiz-darmadagin-oldu
Oxunma sayı: 1612

Bakıda baş tutacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, millimiz Rusiya ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən oyunda komandamız rəqibinə böyük hesabla uduzub.

Azərbaycan (U-17) – Rusiya (U-17) - 1:5
Qollar: Fərid Nəbiyev, 51 (pen.) - Maqomed Suleymanov, 28 (pen.); Aleksandr Rudenko, 36; Vyaçeslav Qrulev, 67; İvan İqnatyev, 79; Stanislav Latçeviç, 90+2