Avropa Çempionatında 1/8 final həyəcanı - Xorvatiya Portuqaliyaya qarşı

avropa-cempionatinda-18-final-heyecani
Oxunma sayı: 1500

Bu gün Avropa Çempionatında 1/8 final mərhələsinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, mərhələyə İsveçrə - Polşa matçı ilə start veriləcək.

Qarşılaşma saat 17:00-da başlayacaq.

Günün ikinci qarşılaşmasında isə Britaniya derbisi olacaq. Matç 20:00-da başlayacaq.

Günə isə mərkəzi matçla yekun vurulacaq. Xorvatiya və Portuqaliya münasibətlərə aydınlıq gətirəcəklər. Son oyun saat 23:00-da oynanılacaq.

Avropa çempionatı

1/8 final

25 iyun

17:00. İsveçrə - Polşa

Baş hakim: Mark Klattenburq
Sent-Etyenn. “Joffrua Qişar” stadionu


20:00. Uels – Şimali İrlandiya

Baş hakim: Martin Atkinson
Paris. “Stad de Frans”


23:00. Xorvatiya - Portuqaliya

Baş hakim: Karlos Velasko Karbalyo
Lans. “Bollar-Delelis” stadionu