Çexiyanın paytaxtı Praqada sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı start götürüb. “Qafqazinfo” xəbər verir ki, turnirin ilk günündə yeniyetmə və gənclərin hərəsində 6 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Komandamızın üzvləri hər iki proqramda bir medal qazanıb.
Yeniyetmələrdə 60 kq-da Yaşar Nəcəfov, gənclərdə isə 62 kq-da Elmin Hüseynov bürünc medal qazanıb.
Qeyd edək ki, turnir aprelin 22-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər