Fransada keçiriləcək Futbol üzrə 2016-cı il Avropa Çempionatı zamanı Brüsselin mərkəzində alkoqol satışı dayandırılacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhər bələdiyyə məclisinin qərarına əsasən, AVRO 2016 yarışlarının keçiriləcəyi tarixlərdə Brüsselin mərkəzində yerləşən marketlərdə və dükanlarda alkoqol satışı saat 23.00-dan 07.00-dək qadağan ediləcək.
Qeyd edilir ki, qadağaya əməl etməyən müəssisələrə 350 avro pul cəzası tətbiq olunacaq.
Son xəbərlər
Son Xəbərlər