Avropa çempionatında Azərbaycanı bu atletlər təmsil edəcək

avropa-cempionatinda-azerbaycani-bu-atletler-temsil-edecek
Oxunma sayı: 1673

İyunun 7-də İtaliyanın paytaxtı Romada atletika üzrə Avropa çempionatına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif yarışlarda əldə etdikləri nəticələr əsasında 4 atletimiz mötəbər yarışda iştirak hüququ qazanıb.

Çəkic atma növündə Anna Skidan, uzunluğa tullanmada Nazim Babayev, üç təkanla tullanmada Yekaterina Sarıyeva və Aleksis Kopello ölkəmizi 26-cı Avropa çempionatında təmsil edəcək.