Avropa Çempionatında ilk baş məşqçi istefası

avropa-cempionatinda-ilk-bas-mesqci-istefasi
Oxunma sayı: 1567

Rusiya millisinin baş məşqçisi Leonid Slutski komandanı tərk edib.

Qafqazinfo” xəbər verir ki, o, Uelsə dünənki 0:3 hesablı məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb.

Rusiya millisinin Avropa Çempionatının qrup mərhələsində 1 xal toplaması Slutskini bu addımı atmağa vadar edib. Mütəxəssis azarkeşlərdən də üzr istəyib: “Artıq getmək vaxtıdır. Bu nəticələrdən sonra postumda qalmaq düzgün olmazdı. Azarkeşlərdən üzr istəyirəm”.