Avropa çempionatında iştirak edən millimizin 4 üzvü karantinə alındı

avropa-cempionatinda-istirak-eden-millimizin-4-uzvu-karantine-alindi
Oxunma sayı: 796

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.

Oyunçulardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.