Dünən Fransanın Marsel şəhərində komandalarını Avropa Çempionatında dəstəkləmək üçün ora gələn ingilis azarkeşlər və yerli gənclər arasında toqquşma olub.
“Qafqazinfo” xəbər verir ki, barların birində sərxoş olan bir neçə ingiltərəli yerli gənclərə “İŞİD, siz haralısız?” deyə müraciət edib.
Nəticədə tərəflər arasında böyük dava baş verib. Aranı sakitləşdirmək üçün olaya polis müdaxilə edib. Bibər qazından istifadə edən polis tərəfləri sakitləşdirib. Bir ingilis azarkeş ciddi zədə alıb və 2 nəfər həbs olunub.



Son xəbərlər
Son Xəbərlər