Avropa çempionatındakı vəziyyətimiz

avropa-cempionatindaki-veziyyetimiz
Oxunma sayı: 1072

  "Qafqazinfo"nun Apasport.az saytına istinadən məlumatına görə, yarışın ilk günündə yığmamızın 4 idmançısı gücünü yoxlayacaq.

 Kişilər

54 kq

İlk mərhələdən azad olan Mikayıl Əliyev birinci görüşündə Martin Atanasovla (Bolqarıstan) üz-üzə gəlib. Qarşılaşma həmyerlimiz üçün uğurlu alınmayıb və rəqib qələbəyə sevinib.

 Əgər Atanasov həlledici mərhələyə kimi irəliləyərsə, Əliyev təsəlliverici görüşlərə qatılacaq. 

 +87 kq

Yığmamızın ağır çəkili üzvü Ceyhun Həsənlinin Avropa çempionatında debütü uğurlu alınmayıb. Təmsilçimiz ilk döyüşdəcə məğlubiyyət acısı yaşayıb. Həsənli xorvatiyalı Vedran Qoleçə 5:9 hesabı ilə uduzub.

 Bununla, onun finala gedən yolu bağlansa da, rəqibi finala yüksələcəyi halda bürünc uğrunda döyüşəcək.

 Qadınlar

46 kq

Türkanə Tahirlinin də ilk qarşılaşması məğlubiyyətlə başa çatıb. Həmyerlimiz macarıstanlı Barbara Duç bacarmayıb. Amma o, çempionluq şansını itirsə də, Duçun finala kimi irəliləməsini gözləyəcək. 

 62 kq

Millimizin medal ümidlərindən olan Səbinə Mikayılova debütdə özünü yaxşı tərəfdən göstərə bilməyib. Taekvondoçumuz Diana Vazquezlə (İspaniya) döyüşünü məğlub başa vurub. Onun rəqibi finala qədər irəliləyərsə, Mikayılova 3-cü yer uğrunda mübarizəni davam etdirəcək.

 Qeyd edək ki, Azərbaycan millisi 4 gün davam edəcək Avropa çempionatında tam heyətlə təmsil olunur.