Avropa çempionu intihar edib

avropa-cempionu-intihar-edib
Oxunma sayı: 4295

48 yaşlı keçmiş boksçu Volodimir Virçis intihar edib.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

V.Virçisin cəsədi evinin yaxınlığında asılmış vəziyyətdə tapılıb.

Kiyev polisinin saytında bu iş üzrə cinayət işinin açıldığı bildirilib.

Qeyd edək ki, Virçis peşəkar rinqdə ağır çəkili (boyu - 197 sm, çəki - 112 kq) idmançı kimi 1999-2009-cu illərdə çıxış edib. O, 28 döyüşdən 21-i nokaut olmaqla, 26 qələbə qazanıb. İdmançı, IBF (2003-2004) və WBO (2005-2006) üzrə qitələrarası çempion, Avropa çempionu (2007) olub. Virçis karyerasını başa vurduqdan sonra bizneslə məşğul olub. Onun İrina adlı həyat yoldaşı və Əminə adlı qızı var.