Avropa çempionunun komandası - “Qəbələ”nin rəqibi

avropa-cempionunun-komandasi-
Oxunma sayı: 2068

Avroliqanın 3-cü təsnifat mərhələsinin püşkü atılıb. "Qafqazinfo" xəbər verir ki, "QəbələMTK səddini keçərsə, Fransa təmsilçisi "Lill"ə üz-üzə gələcək.

1944-cü ildə yaradılan bu klub Lill şəhərini təmsil edir. Klu "Olimpik" (Lill) və "Fiv" klublarının birləşməsindən yaranıb. Oyunlarının "Stad Pyer Morua" arenasında keçirir. Bu stadionun tutumu 50 min 186 nəfərdir. Klubun ləqəbi "xəncərlər"dir.

Komanda 3 dəfə Fransa çempionu olub. 6 dəfə ölkə kubokuna sahib çıxıb. Ötən mövsümü 5-cu yerdə tamamlayıb.

"Lill"in baş məşqçisi fransalı Frederik Antonellidir. Komandada əsasən yerli oyunçular çıxış edir. Bir neçə legionerləri də var. Hazırda heyətdəki ən güclü və məşhur futbolçusu 2016-cı il Avropa Çempionu və Portuqaliyaya qızıl medalları qazandıran Ederdir.

"Lill" avrokuboklarda böyük təcrübəyə malikdir. Ümumilikdə 102 dəfə qitəmiqyaslı turnirlərdə çıxış edən komanda 39 qələbə qazanıb, 33 heç-heçə edib və 30 dəfə uduzub.

Qeyd edək ki, “Qəbələ”nin “Lill”lə ilk oyunu iyulun 28-də Fransada, cavab görüşü isə avqustun 4-də Bakıda keçiriləcək.