Avropa Gənclər Olimpiya festivalı-100

avropa-gencler-olimpiya-festivali-100
Oxunma sayı: 996

Aprelin 12-də Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına 100 günün qalması qeyd olunub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində keçirilən bu tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,Milli Məclisin deputatı Ağacan Abıyev, Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin əməkdaşları , 20 nömrəli məktəb-liseyin müəllim və şagirdləri iştirak etdilər.

A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey İspaniyanın təhsil ocağı ilə qardaşlaşmış olduğundan iştirakçılar əvvəlcə İspaniyanın mədəniyyəti, dostluq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm sərgisinə baxdılar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra idmançı şagirdlərin müxtəlif oyunlar üzrə nümayişləri olub.

Tədbirin sonunda İspaniyanın mətbəx nümunələrinin təamları nümayiş olunub.