Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi

avropa-gules-federasiyasinin-prezidenti-vefat-etdi
Oxunma sayı: 1121

Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlmişdi. T.Tsenov həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü idi.