Avropa iflic halda, ölənlərin sayı artır - Fotolar

avropa-iflic-halda-olenlerin-sayi-artir
Oxunma sayı: 10149

Qərbi Avropada daşqınlar nəticəsində həlak olanların sayı artır.

“Qafqazinfo” “Die Welt”ə istinadən xəbər verir ki, Almaniyada daşqınlar səbəbindən həlak olanların sayı artıq 100-ü keçib. Məlumata əsasən, 103 nəfər təbii fəlakətin qurbanı olub.

Almaniyanın qərbində daşqınlar səbəbindən hərbi fəlakət rejimi elan olunub. Bu haqda qərarı Xarici İşlər Nazirliyinin rəhbəri Annegret Kramp-Karrenbauer verib. Bununla yanaşı, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında 850 əsgər iştirak edir.

Belçikada da daşqınlar zamanı həyatını itirmiş şəxslərin sayı artıb. Belə ki, bu gün Lyej əyalətində 3 nəfərin cansız bədəni tapılıb. Ölkədə ümumilikdə həlak olanların sayı 23-ə çatıb.

Bununla yanaşı, Lüksemburq və Hollandiyanın bir hissəsi də daşqınların təsirinə məruz qalıb. Fransada isə 11 departamentdə güclü daşqınlar səbəbindən xəbərdarlıq edilib.