Avropa İnsan Haqları Məhkəməsinə yeni sədr seçildi

avropa-insan-haqlari-mehkemesine-yeni-sedr-secildi
Oxunma sayı: 1040

 Avropa İnsan Haqları Məhkəməsinə yeni sədr seçilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni sədr yunanıstanlı Linos-Aleksandr Sitsilianos olub.

Bu barədə Strasburq məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Sitsilianosun səlahiyyət müddəti mayın 5-dən başlayacaq 2020-ci ilin mayınadək davam edəcək. O, 2011-ci ilin mayından AİHM-də hakim işləyir.

Qeyd edək ki, Sitsilianos İtaliyadan Qvido Raymondini əvəz edib.