Avropa İttifaqı da sərhəddəki vəziyyətlə bağlı bəyanat verdi

Avropa İttifaqı da sərhəddəki vəziyyətlə bağlı bəyanat verdi
Oxunma sayı: 2636

Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət üzrə Xidməti məlumat yayıb. "Aİ hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradan hərəkət və ritorikalardan çəkinməyə və təcili tədbirlər görməyə çağırır",-deyə bəyanatda bildirilib.

Bildirilib ki, bu çərçivədə hər iki tərəf Brüsseldə vurğulanan birbaşa kommunikasiya mexanizmlərindən istifadə etməlidir. Bəyanatda həmçinin baş vermiş insidentin araşdırılması təklif olunub.

"Atəşkəs rejiminin bu qədər ciddi pozulması uyğun şərtlərin yarandığı andan ATƏT-in bölgə üzrə monitorinqinin yenidən qurulmasının vacibliyini göstərir",-deyə bəyanatda qeyd olunub. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi