Avropa İttifaqı “Gazprom”u cəzalandıracaq

avropa-ittifaqi-gazpromu-cezalandiracaq
Oxunma sayı: 949


“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, Avropa İttifaqının ədalətli rəqabət komissarı Margrethe Vestager şirkətə qarşı hüquqi sənədin üzərində işləyir.

“Gazprom”a qarşı sözü gedən məsələ üzrə təhqiqat artıq iki ildir ki, davam edirdi.

Bundan bir həftə əvvəl xanım Vestager Aİ inhisar qaydalarını pozduğuna görə ABŞ-ın internet nəhəngi Google-a qarşı rəsmi ittiham irəli sürüb. Təhlilçilər bildirirlər ki, xanım Vestager belə görünür, böyük korporasiyaları lərzəyə gətirmək yolu tutub.

“Gazprom” və Avropa Komissiyası bu xəbərin şərhindən imtina edib.