Avropa İttifaqı (Aİ) quruma üzv ölkələrin vətəndaşlarının narazılığı səbəbindən qış saatı rejiminin ləğv ediləcəyini açıqlayıb.
“Qafqazinfo” “BBC Türkçə”yə istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker məsələ ilə bağlı bu gün Komissiyada müzakirə aparılacağaını və yekun qərar veriləcəyini söyləyib.
Qərar qəbul edilərsə, üzv ölkələrin hökumətləri və Avropa Parlamenti tərəfindən də təsdiqlənməsinə ehtiyac duyulacaq.
Xatırladaq ki, bu ilin iyulunda 5 milyon avropalının iştirakı ilə sorğu keçirilmiş və 80 faizi qış saatı rejiminin ləğv edilməsini istəmişdi. Hazırda hər il martın son bazar günü saatları bir saat irəli, oktyabrın son bazar günü isə bir saat geri çəkilir.
Qeyd edək ki, Aİ-nin üzvü olan Finlandiya bu rejimin ləğv edilməsi üçün quruma müraciət etmişdi.
Məlumat üçün bildirək ki, Azərbaycanda 17 mart 2016-cı ildən etibarən qış saatı ləğv olunub.
Son xəbərlər
Son Xəbərlər