Avropa İttifaqı plastik qablardan istifadəni dayandırdı

avropa-ittifaqi-plastik-qablardan-istifadeni-dayandirdi
Oxunma sayı: 1204

Avropa İttifaqı ölkələri plastik qablardan istifadəyə birdəfəlik son qoyub. Bununla bağlı müvafiq qanun 3 iyul tarixində qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ətraf mühit üzrə Avropa komissarı Virginijus Sinkevicius öz tvitter hesabında yazıb. 

Sinkevicius qeyd edib ki, iyulun 3-də Avropanın plastik qabların, pambıq çöplərin, kokteyl üçün çubuqların, hava şarları üçün çubuqların, okso-parçalana bilən yemək qablarının və köpük stəkanların istifadəsindən və istehsalından birdəfəlik olaraq imtina etdiyi o gün gəlib çatıb.  

Qeyd edək ki, Avropa parlamenti plastikdən hazırlanmış birdəfəlik istifadə olunan məhsulların istehsalını və satışını qadağan edən qanunu hələ 2019-cu ildə qəbul edib.

Xatırladaq ki, cari ilin 1 iyul tarixindən Azərbaycanda da birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilib.