Avropa İttifaqı Rusiya səfirini görüşə çağırdı

Avropa İttifaqı Rusiya səfirini görüşə çağırdı
Oxunma sayı: 643

Rusiyanın Avropa İttifaqı nəzdindəki səfiri Vladimir Çizov Moskvanın səkkiz Aİ rəsmisini “qara siyahı”ya salmasından sonra görüşə çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə rusiyalı səfirə Moskva administrasiyasının elan etdiyi “qara siyahı”nın rədd edildiyi bildirilib.

Rusiyanın sözügedən qərarı kəskin qınanıb.

Qeyd edək ki, rəsmi Moskva Avropa İttifaqı ölkələrinin səkkiz vətəndaşına və rəsmi struktur nümayəndələrinə Rusiyaya gəlməyi qadağan edib.

“Qara siyahı”ya Avropa Parlamentinin rəhbəri David Mariya Sassolinin də adı daxil edilib.

Bundan başqa, siyahıda Latviyanın elektron KİV üzrə Milli Şurasının sədri İvars Abolinş, Latviyanın Dövlət Dili Mərkəzinin direktoru Maris Baltinş, Fransa nümayəndə heyətinin AŞPA-dakı üzvü Jak Mer, Berlin prokurorluğunun rəhbəri Royq Raupax, İsveç Kimyəvi, Bioloji, Radiasiya və Nüvə Təhlükəsizliyi Laboratoriyasının rəhbəri Ose Skott, Eston Dili Departamentinin rəhbəri İlmar Tomusk, Avropa Dəyərləri və Şəffaflıq Komissiyası sədrinin müavini Vera Yurovanın da adı var.