Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırladı

avropa-ittifaqi-rusiyaya-qarsi-9-cu-sanksiyalar-paketini-hazirladi
Oxunma sayı: 832

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu komissiyanın sədri Ursula von der Lyayen deyib.

“Əminəm ki, tezliklə Rusiya neftinin qlobal qiymətini təsdiqləyəcəyik",-deyə von der Lyayen bildirib.  

O qeyd edib ki, Rusiyanın hücumlarına görə Ukrayna xalqı qışı işıqsız keçirməyə məcbur olub:

"Körpələr, onların valideynləri qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları şiddətlə qınayıram. Bunlar müharibə cinayətləridir”.