Avropa İttifaqı ölkələri miqrantlara görə Türkiyəyə 3 milyard avro məbləğində maliyyə yardımı etmək haqda qərar qəbul edib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İttifaqa üzv olan 28 ölkə Brüsseldə keçirilən toplantıda bununla bağlı protokolu imzalayıb.
Qeyd edək ki, Türkiyəyə göstərilən maliyyə yardımı Avropaya daha az miqrantın gəlməsinin qarşısını almaq məqsədi daşıyır.
Son xəbərlər
Son Xəbərlər