Avropa İttifaqı miqrant probleminə görə Türkiyəyə vəd etdiyi maliyyə məbləğinin yarısını ödəyib.
“Qafqazinfo”nun məlumatına görə, 3 milyard avronun bir qismi artıq Türkiyəyə ödənilib.
Xatırladaq ki, cari ilin fevralında Avropa İttifaqı ölkələri miqrantlara görə Türkiyəyə 3 milyard avro məbləğində maliyyə yardımı etmək haqda qərar qəbul edib. İttifaqa üzv olan 28 ölkə Brüsseldə keçirilən toplantıda bununla bağlı protokolu imzalayıb.
Türkiyəyə göstərilən maliyyə yardımı Avropaya daha az miqrantın gəlməsinin qarşısını almaq məqsədi daşıyır.
Son xəbərlər
Son Xəbərlər