Avropa İttifaqı Ukraynaya 9 milyard avro yardım edəcək

avropa-ittifaqi-ukraynaya-9-milyard-avro-yardim-edecek
Oxunma sayı: 988

Avropa İttifaqı Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirdiyini nəzərə alaraq, Kiyevə 9 milyard avro yardım ayırmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski tviter hesabında məlumat verib.

“Ukrayna müharibə vəziyyətindədir və onun bir çox dövlət xidmətləri üçün ödəyəcək heç bir şeyi yoxdur, buna görə də biz 9 milyard avro yardımın ayrılmasını təsdiqləmişik”, - deyə  Baş nazir deyib.