Avropa İttifaqından Ermənistana uçuş qadağası

Avropa İttifaqından Ermənistana uçuş qadağası
Oxunma sayı: 2766

“Ermənistan Hava Yolları” (“Armavia”) şirkəti Avropa İttifaqı ölkələrinə uçuş həyata keçirə bilməyəcək.

“Qafqazinfo” “Newsarmenia.am”a istinadən xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Komissiyası qərar qəbul edib. Buna səbəb “Ermənistan Hava Yolları”nın təhlükəsizlik standartlarına cavab verməməsidir. Qərar Ermənistanın Mülki Aviasiya Komitəsi və altı aviadaşıyıcının işinin analizindən sonra qəbul edilib.

Aİ səması “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” kimi aviadaşıyıcılar üçün də bağlı olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi