Avropa İttifaqının fövqəladə sammiti çağırıldı

avropa-ittifaqinin-fovqelade-sammiti-cagirildi
Oxunma sayı: 6626

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel oktyabrın 29-da koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün Avropa İttifaqının dövlət və hökumət başçılarının videokonfrans formatında fövqəladə sammitini çağırmağı qərara alıb. “Qafqazinfo” bildirir ki, bu barədə o, tvitter səhifəsində məlumat verib.

“Liderləri 29 oktyabr 2020-ci ildə COVID-19 üzrə qeyri-rəsmi videokonfransa dəvət edirəm”, - o yazıb.

Bu, oktyabr ayında Aİ-nin üçüncü sammiti olacaq. Liderlərin ilk iki görüşü pandemiya probleminə tam həsr olunmasa da, onların gündəliyində əsas yerlərdən birini tuturdu.

Pandemiyanın başladığı vaxtdan indiyədək dünyada 40,8 milyona yaxın insan koronavirusa yoluxub, 1,12 milyondan çox insan bu virusdan dünyasını dəyişib.