Avropa Kino Festivalı Azərbaycana qayıdır

avropa-kino-festivali-azerbaycana-qayidir
Oxunma sayı: 644

Oktyabrın 10-dək davam edəcək “Avropa Kino Festivalı 2011” Avropa İttifaqı Nümayəndəliyi (Aİ), Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunan Səfirlikləri “Park Cinema” və “Azercell Telekom” la birgə təşkil olunub. Par Bulvar AVM-in PR meneceri Günay Malikqızının “Qafqazinfo”ya verdiyi məlumata görə, oktyabrın 10-a qədər davam edən festivalda tək müasir Avropa filmləri nümayiş olunmayacaq. Avropanın tanınmış rejisorları və aktyorları da festivala qatılacaqlar.

Avropa İttifaqının üzvləri olan Avstriya, Belçika, Çex Respublikası, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Birləşmiş Krallıq, Yunanıstan və Fransa rejissorlarının çəkdiyi 11 film nümayiş olunacaq. Müxtəlif müsabiqə və festivallarda mükafatlar qazanmış filmlər tamaşaçıların diqqətini çəkəcək. Birləşmiş Krallıq və Çex Respublikasının təqdim etdiyi yeniyetmələrdən bəhs edən filmlər xüsusilə gənc nəslin marağına səbəb olacaq.

Festivalın qonaqları fransız kino rejissoru Olivier Horley, avstriyalı kino rejissor Maykl Qlavoqqer, polşalı kino rejissoru Marek Leçki, almaniyalı sənədli film rejissorları Stefan Kolbe və Kris Vrayt, litvalı kino rejissor İnesa Kurklietite və yunanıstanlı aktyor Gennadios Patsisdir. Tamaşaçılara filmlərdən sonra qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı da veriləcək.

Bütün filmlərə giriş pulsuzdur. Pulsuz biletləri oktyabrın 3-dən "Park Cinemada" əldə etmək mümkün olacaq.

Nigar Məmmədli