“Avropa klublarından təkliflər almışam”

avropa-klublarindan-teklifler-almisam
Oxunma sayı: 4417

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu seçməsi barədə danışıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hücumçu bunu bu gün keçirilən təqdimat mərasimində deyib.

O bildirib ki, "Əl-Nəsr"i seçdiyinə görə qərarından xeyli məmnundur:

"Avropa klublarından təkliflər almışam. Bir çox klub - ABŞ, Avstraliya, Braziliya, Portuqaliya klubları mənimlə müqavilə imzalamaq istəyirdilər. Amma mən "Əl-Nəsr"i seçdim. Mən bu gözəl ölkədə təkcə futbolun deyil, həm də həyatın digər sahələrinin inkişafında iştirak etmək istəyirəm. Bu, mənim üçün yeni çağırışdır. İnsanların mənim haqqımda nə dediyi məni maraqlandırmır. Qərarımdan məmnunam".