Türkiyənin ölüm cəzasını tətbiq etməsi onun Avropa İttifaqına daxil olmaq üçün danışıqlar prosesindən imtina etməsi anlamına gələcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bəyanat verib:
“Əgər edam cəzası ritorikadan daha böyük məna daşısa, bu, Türkiyənin birmənalı olaraq avropa ailəsindən imtinası demək olacaq. Bu, danışıqların (Aİ-yə daxil olmaqla bağlı-red.) başa çatması deməkdir. Belə ki, bizim cəmiyyətin əsasında demokratiya, insan hüquqları və beynəlxalq hüquqa hörmət dayanır. Bu dəyərlər ölüm cəzasını istisna edir”.
Xatırladaq ki, prezident Ərdoğan referendumdan sonra açıqlamasında bildirmişdi ki, ilk işi baş nazir Binəli Yıldırımla ölüm hökmünün bərpasını müzakirə etmək olacaq.
Son xəbərlər
Son Xəbərlər