Avropa liderləri ilə danışan Bayden Putinlə də danışmaq istəyir

avropa-liderleri-ile-danisan-bayden-putinle-de-danismaq-isteyir
Oxunma sayı: 1644

ABŞ Prezidenti Co Bayden Avropa liderləri ilə danışıqlar aparıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, danışıqlar 1 saat 19 dəqiqə davam edib. Baydenlə danışıqlarda Avropa ölkələrindən olan həmkarları, Avropa İttifaqı və NATO liderləri iştirak edib. Ehtimala görə, müzakirə mövzusu Ukrayna ətrafındakı vəziyyət olub.

Bayden Rusiya lideri Vladimir Putinlə də telefon danışığı aparmaq niyyətindədir. Bu barədə “RİA Novosti” Ağ Ev rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivana istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev Moskvanın sərt ritorikasından, Rusiya Hərbi Dəniz Qüvvələrinin 6 gəmisinin Qara dənizə daxil olmasından və əlavə Rusiya hərbi texnikasının Belarusa göndərilməsindən narahatdır.