“Avropa Liqası kimi yarışda asan rəqib yoxdur”

avropa-liqasi-kimi-yarisda-asan-reqib-yoxdur
Oxunma sayı: 661

"Qəbələ"nin liberiyalı futbolçusu Teo Uiks ölkəsinin mətbuatına açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, Avropa Liqasında 4 qol vuran yarımmüdafiəçi MTK ilə cavab qarşılaşması haqda danışıb: "Biz Macarıstana qələbə üçün yollanmışdıq və xoşbəxtlikdən bunu bacardıq. Avropa Liqası kimi yarışda asan rəqib yoxdur. Səfərdə qələbə qazansaq da, arxayınlaşmamışıq. MTK-nı cavab matçında da məğlub etmək istəyirik. Bizə böyük təzyiq olacaq. Özümüz inanmalıyıq və növbəti mərhələyə yüksəlmək üçün sona qədər mübarizə aparmalıyıq".

Qeyd edək ki, "Qəbələ" - MTK matçı iyulun 21-də keçiriləcək.