Avropa Liqasında 1/4 final başlayır

avropa-liqasinda-14-final-baslayir
Oxunma sayı: 1242

Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, bu mərhələdə cütlərin taleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. İngiltərənin “Mançester Yunayted” komandası Kölndə Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək.

İtaliya “İnter”i isə Dusseldorfda Almaniya “Bayer”inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə “Vulverhempton”u İspaniya “Sevilya”sı ilə, Ukrayna “Şaxtyor”u isə İsveçrə “Bazel”i ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa Liqası
1/4 final
10 avqust

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

23:00 “İnter” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)