Avropanın iki nömrəli klub turniri olan Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, “Arsenal”, “Zenit” kimi klubların məğlub olduğu gecədə, “Çelsi”, “Napoli”, “Vilyaeral” böyük fərqlə qalib gəliblər.
Nəticələri təqdim edirik:
“Sevilya” (İspaniya) - “Slaviya Praqa” (Çexiya) - 2:2
Qollar: Ben Yedder, 1 (1:0), Stox, 25 (1:1), Əl-Həddadi, 28 (2:1), Kral, 39 (2:2)
“Dinamo Zaqreb” (Xorvatiya) - “Benfika” (Portuqaliya) - 1:0
Qol: Petkoviç, 38-pen
“Renn” (Fransa) - “Arsenal” (İngiltərə) - 3:1
Qollar: Ayvobi, 4 (0:1), Buriqo, 42 (1:1), Monreal, 65-avtoqol (2:1), Sarr, 88 (3:1)
Qırmızı vərəqə: Papastatopulos, 41 ("Arsenal")
“Zenit” (Rusiya) - “Vilyareal” (İspaniya) - 1:3
Qollar: İborra, 33 (0:1), Azmun, 35 (1:1), Moreno, 64 (1:2), Morlanes, 71 (1:3)
“Çelsi” (İngiltərə) - “Dinamo Kiyev” (Ukrayna) - 3:0
Qollar: Pedro, 18; Vilyan, 65; Hadson-Odoi, 90
“Napoli” (İtaliya) - “Zalsburq” (Avstriya) - 3:0
Qollar: Milik, 10; Ruiz, 18; Onqene, 58 (avtoqol)
“Valensiya” (İspaniya) - “Krasnodar” (Rusiya) - 2:1
Qollar: Rodriqo, 12, 24 - Klaesson, 63
“Ayntraxt” (Almaniya) - “İnter” (İtaliya) - 0:0
Qeyd edək ki, cavab görüşləri martın 14-ü keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər