Avropa Liqasında finalçılar bəlli olur

avropa-liqasinda-finalcilar-belli-olur
Oxunma sayı: 1646

Bu gün Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.

“Roma” doğma meydanda məğlub etdiyi “Bayer”lə bu dəfə səfərdə üz-üzə gələcək.

İtaliyanın digər təmsilçisi “Yuventus” da İspaniyanın “Sevilya” komandasının qonağı olacaq. Bu komandaların ilk oyununda qalib müəyyənləşməyib.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may

23:00. Bayer (Almaniya) - Roma (İtaliya)
İlk oyun - 0:1

23:00. Sevilya (İspaniya) - Yuventus (İtaliya)
İlk oyun - 1:1