Avropa Liqasında finalçılar müəyyənləşdi - Yenilənib

avropa-liqasinda-finalcilar-mueyyenlesdi
Oxunma sayı: 4318

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları müəyyənləşəcək.

“Reyncers” doğma azarkeşləri önündə “Leyptsiq”i qəbul edəcək. Gecənin digər matçı isə Almaniyada yerli “Ayntraxt”la “Vest Hem” arasında baş tutacaq.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. “Reyncers” (Şotlandiya) – “Leyptsiq” (Almaniya)

Baş hakim: Artur Diaş (Portuqaliya)

Qlazqo, “Aybroks” stadionu

İlk oyun - 0:1

23:00. “Ayntraxt” Frankfurt (Almaniya) – “Vest Hem” (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Frankfurt, “Frankfurtştadion”

İlk oyun - 2:1

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.

***

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Cavab oyunlarının ikisi də eyni gündə keçirilib. "Leyptsiq" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi  "Reyncers"lə bu dəfə Şotlandiyada üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Reyncers" iki oyunun cəmində 3:2 hesabı ilə qalib gələrək finala adlayıb. 

İlk görüşdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" isə İngiltərə təmsilçisini doğma meydanda qəbul edib. Frankfurt klubu minimal hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib. 

Bununla da Avropa Liqasında 2021/22 mövsümünün həlledici oyununda "Reyncers" "Leyptsiq"lə qarşılaşacaq. Mayın 18-i Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.