Avropa Məhkəməsi hökuməti cərimələdi- - YAP-dan cavab var

avropa-mehkemesi-hokumeti-cerimeledi-
Oxunma sayı: 3917


“Qafqazinfo” xəbər verir ki, vəkil Fuad Ağayev “Media forum” saytına bildirib ki, Avropa Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 20 min avro, vəkil xidmətinə görə isə 2 min avro, ümumilikdə 22 min avro təzminat ödəməlidir.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il müddətinə azadlıqdan mərhum edilib.

***

Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının məhbus sədri İlqar Məmmədovla bağlı Azərbaycanı 22 min avro məbləğində cərimələməsinə YAP-çı millət vəkili Aydın Mirzəzadə münasibət bildirib

Millət vəkili “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki,  Avropa İnsan Haqları Məhkəməsi adətən hansı prosedur qaydasının pozulmasına görə belə cərimələyə bilər? : “Və yaxud xırda bir prosedur qaydası Avropa Məhkəməsi üçün qanun pozuntusu sayılır. Bu baxımdan da məhkəmənin qərarını mən İlqar Məmmədovun fəaliyyətinıə haqq qazandırma addımı kimi qiymətləndirmirəm. Digər tərəfdən Avropan İnsan Haqları Məhkəməsinə Avropa Şurasına daxil olmuş ölkələrin hamısından şikayətlər gedir.  Hər 100 min nəfərə düşən şikayət ərizəsinə görə Azərbaycan heç də ön sıralarda deyil. Bu baxımdan məhkəmənin qərarına normal baxıram. Şübhəsiz ki Azərbaycan bu məhkəmənin protokolunu imzalayan bir ölkə kimi İnsan Haqları Məhkəməısinin qərarına həmişə hörmətlə yanaşır. Mətbuatdan bildiyim qədəri ilə də Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin verdiyi bütün cərimələri ödəyib. Ancaq məhkəmənin qərarı heç də İlqar Məmmədovu ittiham edilən qanun pozuntularından azad etmir”.