"Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, Slovakiya Suriyadan olan qaçqınlardan ancaq xristianlara sığınacaq verəcəyini açıqlayıb. Fransanın Kare şəhəri miqrantların yerləşdirilməsi üçün Böyük Britaniya hökumətindən 50 milyon manat vəsait tələb edib. Artıq şəhərdə miqrant düşərgələri deyil, mühacir şəhərciyi salınıb. Bir çox mühacirin ehtiyacını ödəməyə isə, maddi vəsait çatmır. Fransa və Böyük Britaniya rəhbərliyi problemin həlli üçün şəhərdə böyük mərkəz yaratmaq qərarına gəlib. Serbiyada isə vəziyyət tamamilə fərqlidir. Mühacirləri əziz qonaq kimi qəbul edən ölkənin baş naziri Aleksandr Luçiç Qərbi Avropaya üz tutan miqrantların yerləşdirilməsi üçün xüsusi otel də ayırıb.
Qonşu Macarıstan isə Serbiyanın əksinə olaraq, miqrantların qarşısını almaq üçün bu ölkəylə sərhədə kilometrlərlə uzana divarlar çəkib. Sərhəd bölgələrinə minlərlə polis qüvvələri göndərilib.
Son xəbərlər
Son Xəbərlər