Avropa Oyunları bağlı elan olundu

avropa-oyunlari-bagli-elan-olundu
Oxunma sayı: 1318


“Qafqazinfo”nun məlumatına görə, bağlanış mərasimində çıxış edən Hikki Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, bütün Azərbaycan xalqına bunun üçün təşəkkür edib. 

Qeyd edək ki, 12-28 iyun tarixlərində Bakıda keçirilən birinci Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6 min idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda yarışıblar.

Birinci Avropa Oyunlarına 291 idmançı ilə qatılan Azərbaycan medal siyahısında 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci yeri tutub.