“Qafqazinfo”nun məlumatına görə, martın 20-dən etibarən tamaşaçılar biletlərini onlayn satış xidməti vasitəsilə almağa başlayıblar. İndi isə onlar bu məntəqələrdə bilet alışını təsdiqlətdikdən sonra, “Bakı-2015” biletlərini əllərində tutacaqları o möhtəşəm anı yaşaya biləcəklər. Artıq biletləri birbaşa olaraq, Park Bulvar, 28 Mall və Metro Park ticarət mərkəzləri də daxil olmaqla Bakının müxtəlif yerlərində 8 nöqtədə yerləşdirilmiş satış məntəqələrindən almaq mümkündür.
İlk bilet təsdiqlətməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səhər Bakı Ekspo Mərkəzində, Beynəlxalq “AITF-2015” 14-cü beynəlxalq “Turizm və Səyahətlər Sərgisi”nin rəsmi açılış mərasimində iştirakı zamanı həyata keçirdi. “Bakı-2015” Birinci Avropa Oyunları bu sərgidə təbliğat stendi ilə iştirak edir, sərgi sabahdan etibarən (Şənbə günü) ictimaiyyətə açıq olacaq.
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov bilet satışına başlanılması ilə bağlı bunları deyib: “Şəhərin əsas ticarət mərkəzlərində bilet satışına başlanılması “Bakı-2015” Avropa Oyunları üçün vacib addımlardan biridir. Biz bilet satışı siyasətimizi elə müəyyənləşdirmişik ki, bu tarixi hadisəyə şahidlik etmək istəyən, Avropa Oyunlarından zövq almaq istəyən vətəndaşlarımız bu imkandan yararlana bilsinlər. Buna görə də Oyunlara bilet almaq hər bir Azərbaycan vətəndaşı üçün əlçatandır”.
Son xəbərlər
Son Xəbərlər