Avropa Oyunları ərəfəsi əfv olacaq?- - Deputatdan açıqlama

avropa-oyunlari-erefesi-efv-olacaq-
Oxunma sayı: 1405


“Qafqazinfo” xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov modern.az-a açıqlamasında məlumatlara aydınlıq gətirib:

“Müəyyən vaxtlarda Azərbyacanda amnistiya olub. Amma sözügedən ərəfədə amnistiya gözlənilmir. Bunun üçün qanunvericilik təşəbbüsü də yoxdur”.

Deputat qeyd edib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir: 

“Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da modern.az-a açıqlamasında may ayında amnistiya yox, əfv sərəncamı gözlədiklərini bildirib.

Sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.