Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, 16 iyun tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Sexteto Mayor" qrupunun konserti, 20 iyun tarixində 19:00-da Heydər Əliyev Sarayında "Kibbutz Contemporary Dance Company "Blackout (Lullaby For Bach)" konserti, 21 iyun tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Ondekoza: Japanese Demon Drummers Revives Earth "Put the soul into one strike" (Yaponiya) konserti, 22 iyun tarixində saat 19:00-da Heydər Əliyev Sarayında Alla Duhovas TODES Ballet: "Attention" konserti olacaq.
Bundan başqa, 24 iyun tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Le Div4s: "The Great Italy" və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor - Marçello Rota (İtaliya) konserti və 26 iyun tarixində saat 19:00-da Heydər Əliyev Sarayında Rhythm of the Dance: "Back to our Irish Roots" konserti keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər