Bakı Avropa Oyunların Əməliyyat Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransı təşkil etməkdə məqsəd BAOƏK-in Bakı şəhərinin nəqliyyat sisteminə məsul qurumlarla əməkdaşlığını inkişaf etdirmək və paytaxt əhalisinin, fəaliyyət göstərən şirkətlərin Oyunlar zamanı tətbiq ediləcək nəqliyyat planı haqqında məlumat olub. BAOƏK-in dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli açıqlamasında rahat və səmərəli hərəkətin təmin olunması üçün birgə fəaliyyətin vacib olduğunu vurğulayıb: “Bizim məqsədimiz, Oyunlar zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat və səmərəli hərəkətini, eləcə də, sakinlərinin rahatlığına, təşkilatların normal fəaliyyətinə təsirin daha az olmasını təmin etmək üçün aidiyyəti nəqliyyat qurumları ilə birgə çalışmaqdır. Bakı Metropoliteni artan tələbatı təmin etmək üçün hər gün 19 saat - səhər saat 06:00-dan gecə saat 01:00-a qədər xidmət göstərəcək.
Onu da qeyd edək ki, yarışlarda iştirak etmək üçün etibarlı bileti olan tamaşaçılar şəxsi avtomobillərini Bakının mərkəzi hissəsində yerləşən 2 avtodayanacaqda 1 AZN ödəməklə saxlaya və oradan yeni, ətraf mühitə zərər vurmayan xüsusi ekspres avtobuslarla yarış arenalarına gedə biləcək.
Son xəbərlər
Son Xəbərlər