“Qafqazinfo” xəbər verir ki, tədbiri açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Rufiz Qonaqov bildirib ki, artıq Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı anti-Azərbaycan kampaniyası genişlənir: “Dünən də bu mövzuda ABŞ-ın bəzi təşkilatları məkrli siyasətlərini davam etdirdilər. Biz qərara gəldik ki, onların adını açıqlamalıyıq və koalisiya üzvlərinin bu məsələdə fikirlərini almalıyıq”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Qərb ölkələrində aparılan anti-Azərbaycan kampaniyasının səbəbləri və mahiyyəti” mözusunda çıxış edərək bildirib ki, artıq xeyli vaxtdır ki, bəzi xarici orqanlarda qarayaxma kampaniyası çərçivəsində yazılar dərc olunur: “İlk Avropa Oyunları Azərbaycanda keçirildiyinə görə onun stadartları da burada məlum olacaq. Bu Oyunlar dünyanın müxtəlif ölkələrindən ölkəmizə səfər edənlərin ölkəmizin multikultural tanınmasına imkan yaradacaq. Həmçinin, ölkəmizin iqtisadi inkişafının təbliğinə imkan yaradacaq. Bununla yanaşı, erməni diasporanının ölkəmiz haqqında apardığı yalan məlumatları ifşa edəcək.
Daha sonra “Sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığı beynəlxalq təcrübədə: prinsiplər və reallıqlar” mövzusunda çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Avropada və ABŞ-da bu prinsiplərə heç də əməl olunmur: “Bu ölkələrdə proporsionallıq pozulur. Avropa Məhkəməsinin Azərbaycana qarşı toplaşma azadlığının pozulması ilə bağlı hər hansı bir qərarı yoxdur”.
“Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz “İşğalçı dövlətlərə və seperatçı rejimlərə münasibətdə ikili standartlar geostrateji maraqların təzahürü kimi” mövzusunda çıxış edərək deyib ki, Rusiya və bir çox təşkilatlar Azərbaycan və yeni yaranmış dövlətlərə təsir göstərmək gücündədirlər: “Əsas məqsəd isə özlərinə tabe etdirməkdir. Hansı ölkə ki, onlara tabe olmaq istəmir həmin ölkədə məsələləri qarışdırmaq və hətta, orada narıncı inqilab yaratmaq istəyirlər”.
Tədbir müzakirələrlə davam edib.
Son xəbərlər
Son Xəbərlər