“Avropa Oyunları mükəmməl idi”- - Bolqarıstanlı Mariya

avropa-oyunlari-mukemmel-idi-
Oxunma sayı: 987


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bolqarıstan milli komandasının üzvü və Bakının “Telekom” voleybol klubunun yeni üzvü Mariya Filipova deyib. 

O, yenidən Azərbaycan Super Liqasında oynayacağı üçün sevincli olduğunu bildirib: “Bu mənim üçün gözəl şansdır. Ümid edirəm ki, yenidən Azərbaycan çempionatında özümü göstərə biləcəm. Bir müddət “Lokomotiv”də oynamışam. İndi isə “Telekom”a məxsusam. Dünyanın ən yaxşı məşqçilərindən biri ilə - Zoran Qayiçlə işləyəcəm. Ümid edirəm ki, “Telekom”la da çempion olub kubok qazanacam”.

Filipova Avropa Oyunlarından da danışıb: “Avropa Oyunları möhtəşəm təşkil olunmuşdu. Bir sözlə mükəmməl idi. Voleybol yarışları da əla keçdi. Azərbaycan millisi güclü idi. Sadəcə bəzi səhvlərə görə 4-cü yeri tutdular. Bolqarıstan komandasına gəlincə, turnirin ilk 2 oyununda bizim 5 əsas voleybolçumuz oynamırdı və bu bizə baha başa gəldi. Sonrakı matçlarda vəziyyəti düzəltmək istəsək də, alınmadı. Qarşıda Avropa Çempionatı var. Ümid edirəm ki, orda hər şey yaxşı olacaq. Türkiyə millisi birinci olmağa layiq idi. Onların heyətində əla voleybolçular oynayır. Bunun nəticəsində ilk pilləni tutdular”.

Elsevər