Avropa Oyunlarına 148 milyon adam baxacaq

avropa-oyunlarina-148-milyon-adam-baxacaq
Oxunma sayı: 957


“Qafqazinfo”nun məlumatına görə, bunu cümə günü Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

Onun sözlərinə görə, Avropa yayım şirkətlərinin 80 faizindən çoxu ilk Avropa Oyunlarını ödənişsiz əsasda yayımlayacaq.

S.Kleq həmçinin bildirib ki, ümumilikdə ilk Avropa Oyunlarının yayımına 148 milyon abonent baxa biləcək.

Baş direktor qeyd edib ki, yayım Avropanın ərazisinin 73 faizini əhatə edəcək.