“Avropa Oyunlarında 5-ci oldum, bu gün isə qızıl qazandım”

avropa-oyunlarinda-5-ci-oldum-bu-gun-ise-qizil-qazandim
Oxunma sayı: 713

"Demək olar ki, ilk yarışım idi ki, rəqibə xal vermədən qalib gəldim. Qalib gələcəyimə inanırdım, amma gözləmirdim ki, qırğızıstanlı rəqibimə heç bir xal vermədən qalib gələrəm".

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Orxan Nuriyev deyib. O bildirib ki, Avropa Oyunlarında medal qazana bilməyib beşinciliklə kifayətlənmişdi:

"Həmin məğlubiyyətdən sonra güclü hazırlıqların nəticəsi oldu və bu gün İslam Həmrəylik Oyunlarında qızıl medal qazandım. Bu qalibiyyət növbəti mübarizələrim üçün çox böyük stimul oldu".

Kamir Əmirli