“Avropa Oyunları”nda işıqla bağlı problem olmayacaq

avropa-oyunlarinda-isiqla-bagli-problem-olmayacaq
Oxunma sayı: 934


Azərişıqdan “Qafqazinfo”ya verilən məlumata görə, əsas tədbirlərin keçiriləcəyi Olimpiya stadionunun elektrik təhcizatı üçün uzun müddət istismarda olan 35/6 kv-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib. 35/6 kv-luq “Koroğlu” və 35 saylı yarımstansiyaları “Olimpiya stadionu” yarımstansiyası ilə  35 kv-luq kabel xətləri ilə əlaqələndirilib. Olimpiya stadionunun elektrik təhcizatı bir-birindən asılı olmayan 4 müxtəlif 220 kv-luq güc mərkəzlərindən qidalanan 110 kv-luq yarımstansiyaların 35 kv-luq şəbəkəsi ilə təchiz olunur. 

“Azərişıq” ASC-də “Bakı-2015 1-ci Avropa Oyunları”nın keçiriləcəyi obyektlərin fasiləsiz, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təhcizatını təmin etmək məqsədilə  xüsusi plan təsdiq olunub və əməkdaşların əks-qəza məşqlərinin  keçirilməsi də intensivləşdirilib.