Avropa Oyunlarının bağlanış mərasimində bayraqdarımız o olacaq

avropa-oyunlarinin-baglanis-merasiminde-bayraqdarimiz-o-olacaq
Oxunma sayı: 2056

III Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəni Oyunların gümüş medalçısı və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olub.